Mançini koronavirusa yoluxdu

İtaliya millisinin baş məşqçisi Roberto Mançini koronavirusa yoluxub. 

Sportline.az xəbər verir ki bu barədə BBC məlumat yayıb. 

Xəbərə görə, 55 yaşlı mütəxəssis xəstəliyi simptomsuz keçirir və Romadakı evində özünü təcrid edib. 

Qeyd edək ki, İtaliya millisinin növbəti 14 gün ərzində Estoniya millisi ilə yoldaşlıq, eləcə də Polşa və Bosniya və Herseqovina ilə Millətlər Liqası çərçivəsində rəsmi matçı var.