Mançini "Lester"ə "yox" dedi
Klaudio Ranyerini istefaya göndərən "Lester" yeni məşqçi axtarışındadır.
SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, "tülkülər" digər italiyalı mütəxəssis Roberto Mançiniyə təklif göndəriblər. Ancaq R.Mançini təklifi rədd edib.
Qeyd edək ki, hazırda "Lester" İngiltərə Premyer Liqasında 17-ci pillədə qərarlaşıb.