“Mannçester Yunayted” ingiltərəli futbolçunu satmağa hazırdır
"Barselona" "Mançester Yunayted"in hücumçusu Markus Reşfordun icarə müqaviləsinin müddətini uzatmaq istəyir.
Sportline.az xəbər verir ki, 28 yaşlı futbolçu artıq klub rəhbərliyinə Kataloniya təmsilçisində qalmaq istədiyini bildirib.
Hazırda "Barselona" ilə "Mançester Yunayted" arasında hücumçunun gələcəyi ilə bağlı danışıqlar davam edir. İspaniya klubu icarə müddətini uzatmaq niyyətində olsa da, İngiltərə təmsilçisi əvvəlcədən razılaşdırıldığı kimi, futbolçunun birdəfəlik transferində israr edir.