Maquayr klubda qalmaq istəyir
"Mançester Yunayted"in mərkəz müdafiəçisi Harri Maquayr klubda qalmaq istədiyini açıqlayıb.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, 33 yaşlı stopper "mankunyanlar"la yeni müqavilə imzalamaq istəyir.
Təcrübəli futbolçu "Tottenhem" və "Vest Hem"də gələn təklifləri rədd edib.
Qeyd edək ki, H.Maquayr 2019-cu ildən "Mançester Yunayted"də çıxış edir.