Maquayr "Mançester Yunayted"də qalacaq
"Mançester Yunayted" Harri Maquayra 1 illik yeni müqavilə təklif edib.
Sportline.az xəbər verir ki, təcrübəli stopper bu təklifi qəbul edəcək.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, Maquayr 2019-cu ildən "Mançester Yunayted"də çıxış edir.