Mareska niderlandlı futbolçunun transferini tələb edib
"Çelsi"nin baş məşqçisi Enzo Mareska "Leipziq"in niderlandlı futbolçusu Xavi Simonsun transfer edilməsini klubdan tələb edib.
Sportline.az xəbər verir ki, bu haqda "Guardian" nəşri məlumat yayıb.
22 yaşlı futbolçunun dəyəri 70 milyon avrodur.
Qeyd edək ki, X.Simonsun Almaniya klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.