Mariya Stadnik bu səbəbdən Avropa çempionatına yollanmayacaq

Təcrübəli qadın güləşçimiz Mariya Stadnik zədə səbəbindən Buxarestdə keçiriləcək Avropa çempionatına qatılmayacaq.

Sportline.az xəbər verir ki, bu barədə AGF-nin 1-ci vitse-prezidenti Namiq Əliyev məlumat verib.

Federasiya rəsmisi Avropa çempionatından gözləntilərini də açıqlayıb: “Heyəti sabit qitmətləndirmək olar. Ümidvarıq ki, bu heyət ölkəmizi layiqincə təmsil edəcək. Güləşçilərimizdən yüksək nəticələr gözləyirik. Əsas məqsədimiz dünya çempionatıdır. Çünki olimpiadaya lisenziya verəcək. Buna görə bəzi idmançılarımızı qoruduq”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 8-14-də keçiriləcək. Yarışa Azərbaycanın, ümumilikdə, 28idmançısı qatılacaq.