Cəlal Hüseynovun komandası qalib gəldi

Rumıniya çempionatında 4-cü turun oyunları keçirilir. 

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" klubu "Otselul"u qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu Lundulu vurub

Cəlal Hüseynov 75-ci dəqiqədə meydana çıxıb. 

Qeyd edək ki, bu qələbədən sonra "Petrolul" 6 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.