"Mançester Siti" yeni qapıçı transfer etdi

“Mançester Siti” qapıçı Heronimo Rulyinin transferi ilə bağlı “Marsel”lə razılığa gəlib. 

Sportline.az xəbər verir ki, 34 yaşlı argentinalı qolkiper İngiltərə klubu ilə 2028-ci ilin iyununa qədər müqavilə imzalayacaq. Razılaşmada müqavilənin daha bir mövsüm – 2029-cu ilin iyununa qədər uzadılması üçün seçim də nəzərdə tutulub.

“Marsel” artıq Rulyiyə tibbi müayinədən keçmək üçün “Mançester Siti”nin düşərgəsinə yollanmağa icazə verib.

Transferin məbləği təxminən 3,5 milyon avro təşkil edəcək.