"Borussiya" "Arsenal"a qalib gəldi
İngiltərənin "Arsenal" və Almaniyanın "Borussiya" (Dortmund) klubları arasında yoxlama oyunu keçirilib.
Sportline.az xəbər verir ki, qarşılaşma "Borussiya"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 7-ci dəqiqədə "Borussiya"nın hücumçusu Samuele İnasiu açıb. 29-cu dəqiqədə Konstantinos Karetsas hesabı 2:0 edib.
İkinci hissənin 54-cü dəqiqəsində İtan Nvaneri "Arsenal"ın qollarından birini vurub. 58-ci dəqiqədə isə müdafiəçi Joand Qadu Almaniya klubunun üçüncü qoluna imza atıb. Matçın 69-cu dəqiqəsində "topçular"ın hücumçusu Viktor Qyökereş oyunda son qolu vurub.