Marmuş İspaniya nəhənginə isti yanaşır
"Mançester Siti" hücumçusu Omar Marmuş klubdaki mövqeyindən narazıdır.
Sportline.az xəbər verir ki, misirli futbolçu daha çox oynaya biləcəyi kluba keçmək istəyir.
Jurnalist Ekrem Konurun yaydığı məlumata görə, Marmuş "Barselona"ya keçmək niyyətindədir.
Qeyd edək ki, 27 yaşlı oyunçunun transfer qiyməti 75 milyon avrodur.