Marmuş Mançester klubunu tərk edə bilər
"Mançester Siti"nin misirli futbolçusu Omar Marmuş klubdaki mövqeyindən narazıdır.
Sportline.az xəbər verir ki, 26 yaşlı forvard bu mövsüm 532 dəqiqədə meydanda olub.
"Team Talk" nəşrinin yaydığı məlumata görə, oyunçu icarə əsasında "Tottenhem"ə keçmək istəyir.
Qeyd edək ki, O.Marmuş bu mövsüm çıxış etdiyi 18 oyunda 1 qol, 1 məhsuldar ötürmə müəllifi olub.