Marmuş "Mançester Siti"dən ayrılacaq?
"Mançester Siti"nin futbolçusu Omar Marmuş "Tottenhem"in diqqət mərkəzindədir.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ayrılmaq niyyətində deyil.
"Mahmızlar" isə bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, O.Marmuş bu mövsüm meydana çıxdığı 18 matçda 1 qol, 1 asistlə yadda qalıb.