“Marsel” Endrik üçün hərəkətə keçib
"Real Madrid"in brazilyalı futbolçusu Endrik yanvar ayında klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Marsel" 19 yaşlı hücumçunu icarə əsasında transfer etmək istəyir.
Bu haqda ESPN nəşri məlumat yayıb.
Qeyd edək ki, Endrik bu mövsüm meydana çıxmayıb.