"Marsel"dən "Sevilya" klubuna doğru
"Marsel"in forvardı Nil Maupay karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Sportline.az "Foot Mercato"ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə "Sevilya" ciddi şəkildə maraqlanır.
N.Maupayın transfer qiyməti 7 milyon avrodur.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 4 matçda 2 qolla yadda qalıb.