"Marsilya" "Fənərbağça"ya elçi düşüb
"Fənərbağça"nın türkiyəli stoperi Yusuf Akçiçek karyerasını Fransa Liqa 1-də davam etdirə bilər.
Sportline.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, "Marsilya" Yusufu transfer etmək üçün "Fənərbağça" ilə danışıqlara başlayıb.
Fransa klubu 19 yaşlı futbolçu üçün 20 milyon avro təklif edib.
Lakin "Fənərbağça" klubunun rəhbərliyi Yusuf üçün 30 milyo avro tələb edir.
Qeyd edək ki, Y.Akçiçek cari mövsüm çıxış etdiyi 19 matçda 2 qol 1 asistlə yadda qalıb.