Martinelli Madridə köçür?
"Arsenal"ın brazilyalı sol cinah vingeri Qabriel Martinelli "Atletiko"nun transfer hədəfinə çevrilib.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
24 yaşlı futbolçunun London klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Q.Martinelli cari mövsüm meydana çıxdığı 41 matçda 11 qol, 5 asistlə yadda qalıb.