Martines “Aston Villa”da qalacaq
"Aston Villa"nın argentinalı qapıçısı Emiliano Martines klubda qalacaq.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı kiper "Qalatasaray"ın təklifini rədd edib.
Təcrübəli futbolçu Türkiyə çempionatında çıxış etmək fikrində deyil.
Qeyd edək ki, "Mançester Yunayted" klubuda Martineslə maraqlansa da, rəsmi təklif göndərməyib.