Mats Hummelsin yeni klubu bilindi

"Borussiya"dan ayrılan Mats Hummelsin yeni klubu bilinib.

Sportline.az xəbər verir ki, təcrübəli müdafiəçi karyerasını İtaliyada davam etdirəcək.

Bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, Almaniya millisinin sabiq üzvü "Roma"nın formasını geyinəcək.

Tərəflərin 1 illik müqavilə bağlayacağı gözlənilir.