Mourinyonun siyahıdan sildiyi 5 futbolçu

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun planlarında yer almayan 5 futbolçu məlum olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, bunlar Miha Zays,Emre Mor,Luan Perez,Rayn Kent və Rade Kruniçdir.

Fərdi Kadıoğlunu "Brayton"a göndərən "Fənərbağça" bu 5 futbolçu ilə yaxın zamanda yollarını ayırmaq niyyətindədir.

Qeyd edək ki, 2 turdan sonra 4 xal toplayan "Fənərbağça" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb