Mauro İkardinin "Qalatasaray"dan ayrılacağı gözlənilir
"Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardinin komandadan ayrılacağı gözlənilir.
Sportline.az xəbər verir ki, argentinalı futbolçu ilə qitənin 4 klubu yaxından maraqlanır.
Bu haqda "El Instransigente" məlumat yayıb.
Söhbət "Napoli", "Roma", "Real Socyedad" ve "Jirona"dan gedir.
Qeyd edək ki, İkardinin İstanbul nəhəngi ilə 2026-cı ilədək müqaviləsi var.
O, sarı-qırmızılı formayla meydana çıxdığı 87 oyunda 61 qol və 22 asist müəllifidir.