Xavinin yeni klubu

Bu yay "Bavariya"dan ayrılan Xavi Martinesin yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Qətər çempionatı təmsilçisi "Qətər SK"ya transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. İspan oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, X.Martines 2012-ci ildən "Bavariya"da oynayırdı.