Maykl Olise üçün Avropa nəhəngləri yarışır
"Bavariya"nın fransalı futbolçusu Maykl Olise Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.
Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və "Mançester Siti" 23 yaşlı oyunçunu transfer etmək istəyir.
M.Olisenin dəyəri 100 milyon avrodur.
Qeyd edək ki, sözü gedən futbolçunun Münhen klubu ilə sözləşməsi 2029-cu ilin yayına qədərdir.