Maykl Oven argentinalı futbolçunu tərifləyib

"Mançester Yunayted" və "Liverpul"un ingiltərəli sabiq futbolçusu Maykl Oven "Çelsi"nin argentinalı futbolçusu Enzo Fernandez haqqında müsbət fikirlər səsləndirib.

Sportline.az "ESPN"ə istinadən xəbər verir ki, Oven "Çelsi"nin ulduzu haqqında bu fikirləri söyləyib;

"Enzo Fernandezi həqiqətən sevirəm. O mükəmməl futbolçudur. İnanılmaz istedada malikdir. O dünya səviyyəsində oyunçudur. "Çelsi"də bu mövsüm əla çıxış edir. "Liverpul"un yerində olsaydım, Enzonu transfer edərdim. Aleksis Mak Allisterlə birliktə əla tandem yarada bilərlər", - deyə Maykl Oven bildirib.

Qeyd edək ki, Oven futbolçu kimi "Mançester Yunayted", "Liverpul", "Real Madrid", "Nyukasl Yunayted" və "Stok Siti" kimi klublarda çıxış edib.