"Maynts" Bakıya itkilərlə gəlir
UEFA Avropa Liqasının 2-ci turunda "Qəbələ"nin qonağı olacaq "Maynts" Bakıya itki ilə gələcək. SportLine.az xəbər verir ki, Nigeriya millisinin üzvü Leon Baloqu sözügedən oyunda komandasına kömək edə bilməyəcək.
"Bundesliqa"nın 5-ci turu çərçivəsində "Bayer"ə qarşı oyunda zədələnən müdafiəçinin bir müddət yaşıl meydanlardan kənar qalacağı deyilir.
Müdafiə xəttində digər problem Andre Ramalyo ilə bağlıdır. O da zədə səbəilə Bakıdakı oyunu buraxacaq. Bundan başqa, yarımmüdafiəçi Danni Latza uzun müddətdi zədədən əziyyət çəkir. Digər orta sahə oyunçusu Suat Sərdarın isə yüngül zədəsi mövcuddu.
Qeyd edək ki, bu gün Almaniyada son məşqini edəcək “Maynts” sabah Bakıya gələcək. “Qəbələ” – “Maynts” qarşılaşması isə sentyabrın 29-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.