Mbappe çətin duruma düşüb

PSJ Kilian Mbappenin qalan məvacibini və bonusları ödəmək niyyətində deyil.

Sportline.az xəbər verir ki, parislilər Fransa Peşəkar Futbol Liqasının qərarına da məhəl qoymurlar.

Baxmayaraq ki, qurum növbəti dəfə PSJ-nin appelyasiya şikayətini rədd edib.

Klub rəhbərliyi digər instansiyalara müraciət etməyə hazırlaşır.

Klubun inadkarlığı transfer qadağasına qədər gətirib çıxara bilər.

Qeyd edək ki, PSJ-nin Mbappeyə 55 milyon avro borcu var.