"Mbappe yarışı"na PSJ də qoşuldu

"Monako"nun  gənc ulduzu - Kilian Mbappe uğrunda Avropa nəhənglərinin mübarizəsi davam edir. SportLine.az "France Football"a istinadən xəbər verir ki, futbolçunu heyətində görmək istəyən komandalara daha biri əlavə olunub. 

Məlumata görə, PSJ 18 yaşlı hücumçunu transfer etmək istəyir. Artıq paytaxt klubunun "Monako" rəsmiləri ilə danışıqlara başladığı da deyilir. PSJ K.Mbappeyə görə 135 milyon avro xərcləməyə hazırdır. 

Xatırladaq ki, Madrid "Real"ı, "Mançester Yunayted", "Çelsi" kimi klublar da gənc ulduzun xidmətində maraqlıdır.