Mbappenin əsas hədəfi bəlli olub
“Real Madrid”in və Fransa millisinin ulduz futbolçusu Kilian Mbappe futboldakı əsas hədəfinin “Qızıl Top”u qazanmaq olduğu bildirilib.
Sportline.az “Foot Mercato” saytına istinadən xəbər verir ki, Mbappe 2025-ci ildə “Qızıl Top” mükafatının sahibi olmaq istəyir. Buna səbəb oyunçu milli komandanın düşərgəsinə yollanmayıb. Çünki Mbappe zədələnmək istəmir. Oyun sayının çox olması onu zədələrə yol açacaqını düşünür.
Mbappenin milli komandanın düşərgəsinə yollanmaması Fransalı azarkeşlərin qəzəblənməsinə gətirib çıxarıb.
Qeyd edək ki, Killian Mbappe bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 7 qol və 1 assitlə yadda qalıb.