Mbappenin əsas hədəfi bilinib
“Real Madrid”in fransalı ulduz futbolçusu Killian Mbappe əsas hədəfinin Çempionlar Liqasını qazanmaq olduğunu söyləyib.
Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Mbappe “Real Madrid”də xoşbəxt olduğunu dilə gətirib.
“Real Madrid”də xoşbəxtəm. Haqqımda çıxan xəbərlər yalandır. Mən bu klubda oynamağın xəyalını uşaq yaşlarımda qururdum. Mənim futbolda əsas hədəfim Çempionlar Liqasını qazanmaqdır. Onun üçün dünyanın ən böyük klubuna transfer oldum. Burada bu xəyalımı gerçəkləşdirəcəm. “Real Madrid” Çempionlar Liqasını 15 dəfə qazanıb. Bu klub hər zaman bu turniri qazanmaq üçün meydana çıxır. Biz bu mövsümdə bu kuboku qazanacayıq. PSJ haqqında nə deyə bilərəm? Onlara Çempionlar Liqasından başqa bütün turnirlərdə uğurlar arzulayıram. Mən bu kuboku “Real Madrid”də qazanmaq istəyirəm”, - deyə Mbappe bildirib.
Qeyd edək ki, Mbappe bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 11 qol və 2 asistlə yadda qalıb.