Mbappenin komandasının baş məşqçisi olub
"Mançester Siti", "Arsenal" və Fransa millisiin keçmiş müdafiəçisi Qael Klişi Fransa çempionatının üçüncü divizionunda çıxış edən "Kan" klubuna rəhbərlik etməyə başlayıb.
Sportline.az xəbər verir ki, "Kan" "Real"ın hücumçusu Kilian Mbappeyə məxsusdur.
2023-cü ildən bəri Klişi Fransa gənclər komandasında Tyerri Anrinin köməkçisi vəzifəsində çalışıb və onunla birlikdə 2024-cü ildə Parisdə keçirilən Olimpiadada gümüş medal qazanıb.