Mbappenin "Monako" planı baş tutmayıb
"Real"ın hücumçusu Kilian Mbappe biznes fəaliyyətini genişləndirməyə çalışır.
Sportline.az xəbər verir ki, fransalı futbolçu "Monako" klubunun da səhmlərindən bir hissəsinə yiyələnmək niyyətində olub.
Bu haqda nüfuzlu "L'Équipe" nəşri məlumat yayıb.
Fransalı həmkarlarımızın yaydığı xəbərə görə, Kilian bu əməliyyatı özünü "Coalition Capital" səhmdar fondu vasitəsi ilə həyata keçirmək istəyib.
Amma, qiymətlərin yüksək olması buna mane olub.
Qeyd edək ki, Mbappe iyul ayında "Kann" klubunun 80 faiz səhminə sahib çıxıb.