Media Komitəsi fəaliyyətini davam etdirəcək

AFFA yanında Media Komitəsi fəaliyyətini davam etdirəcək. Sportline.az xəbər verir ki, bu haqda qurumun baş katibi Elxan Məmmədov məlumat verib. “İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında - Media Komitəsinin fəaliyyəti yüksək qiymətləndirildi. Fikrimiz budur ki, Media Komitəsi fəaliyyətini davam etdirməlidir. Növbəti seçkilər eyni qaydada keçiriləcək” AFFA prezidenti Rövnəq Abdullayev isə hakimlər üçün təlim-məşq toplanışı keçirildiyini xatırladaraq jurnalistlər üçün ölkə xaricində treninqlər keçirilməsini təklif edib.