Media Komitəsi qalibləri mükafatlandırdı

22 iyul – Milli Mətbuat günü ilə əlaqədar AFFA-nın təşkilatçılığı ilə idman mediasının nümayəndələri üçün tədbir keçirilib. Sportline.az xəbər verir ki, əvvəlcə "Dalğa Arena”nın əsas meydanında KİV nümayəndələrinin və AFFA əməkdaşlarının iştirakı ilə mini-turnirkeçirilib. 

4 komandanın mübarizə apardığı turnir yarımfinal qarşılaşmalarından və final oyunundan ibarət olub. Turnirə yekun vurulduqdan sonra tədbir iştirakçıları stol arxasında bir araya gəliblər. AFFA-nın baş katibi Elxan Məmmədov Milli Mətbuat günü ilə əlaqədar bütün idman jurnalistlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra AFFA yanında Media Komitəsinin müxtəlif nominasiyalar üzrə qalib elan etdiyi jurnalistlər mükafatlandırılıblar. 

İlin idman yazarı - Elşən Məmmədov (report.az)

İlin fotoqrafı - Hicran Babayev

İlin mətbuat katibi - Səbuhi Məmmədov ("İnter")

İlin tele-şərhçisi - Ramiz Mirzəzadə ("İdman Azərbaycan")

İlin reportyoru - Elnur Həmidov (komanda.az)

İlin ən yaxşı layihə icraçısı - Sportline.az (Tural Xudiyev)

İlin ahıl jurnalisti - Məzahir Süleymanzadə 

Nominantlar çıxışlarında idman mediasının inkişafına verdikləri dəstəyə görə, AFFA-ya və Media Komitəsinə minnətdarlıqlarını bildiriblər.