Məhkəmə Pikenin əleyhinə qərar verdi

İspaniya məhkəməsi milli komandanın və "Barselona" klubunun üzvü Jerar Pikeni cərimələyib. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, futbolçuya yol polislərini hədələdiyinə görə 48 min avro məbləğində cərimə kəsilib. 

Sürücülük vəsiqəsində cərmiə balları limitini keçən futbolçu bu ilin avqust ayında maşınını idarə edərkən saxlanılıb. Bu səbəbdən onu saxlayan yol polisinə tabe olmayan Pike onu hədələməkdən də çəkinməyib. Buna görə, onun sürücülük vəsiqəsi əlindən alınıb.

Qeyd edək ki, üç il öncə də futbolçu yol polisinə tabe olmadığına görə 10 min 500 avro məbləğində cərimələnib.