Meksikalı restler şou xarakterli döyüşdə öldü

Meksikalı məşhur restler Silver Kinq şou zamanı ölüb.

Sportline.az BBC-yə istinadən xəbər verir ki, Londonda keçirilən şou xarakterli döyüşdə iştirak edən Silver Kinq məğlub olduğu qarşılaşmadan sonra ayağa qalxa bilməyib.

Sonda rinqə daxil olan həkimlər onun öldüyünü bildirib. İlkin məlumatda Kinqin ürək tutması səbəbilə keçindiyi bildirilir.