Menyan "Çelsi"yə keçə bilər
"Milan"ın fransalı qapıçısı Mayk Menyan karyerasını "Çelsi"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Cüzeppe Mustika məlumat yayıb.
London klubu 30 yaşlı kiper üçün 25 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Menyanın "Milan"la sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.