Məşhur döyüşçü UFC-dən kənarlaşdırılıb

Amerikalı döyüşçü Mett Braun UFC-dən kənarlaşdırılıb.

Sportline.az xəbər verir ki, yarış təşkilatçıları iştirakçıların siyahısında "təmizləmə işləri" apararaq 44 yaşlı idmançı ilə də yollarını ayırıblar.

M.Braun 2008-ci ildən UFC-də döyüşürdü və liqada 17 qələbə, 13 məğlubiyyəti mövcuddur.