Məşhur futbolçu 33 yaşında karyerasını bitirdi

"Liverpul"un sabiq futbolçusu Joel Matip karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi səhifəsində məlumat yayılıb.

33 yaşlı futbolçu ötən mövsümün sonunda "Liverpul"la vidalaşmışdı.

Qeyd edək ki, kamerunlu futbolçu Liverpulda keçirdiyi 8 ildə meydana çıxdığı 201 oyunda 11 qola imza atmışdı. 

O, "mersisaydlılar"la İngiltərə çempionu, kuboku və Çempionlar Liqasının qalibi adını qazanıb.