Məşhur futbolçu "Fənərbağça"dan ayrılır

Türkiyə millisinin üzvü Cenk Tosun karyerasını legioner həyatı ilə davam etdirəcək.

Sportline.az xəbər verir ki, təcrübəli forvard Yaponiya Liqasında çıxış edəcək.

Yaponiyanın məşhur klublarından olan "Urava Red Daymonds" artıq futbolçu ilə tam razılığa gəlib.

Futbolçuya start heyətdə yer tapa bilməyən "Fənərbağça" rəhbərliyi ilə də anlaşma əldə olunduğu bildirilir.

Qeyd edək ki, 33 yaşlı forvard bu mövsüm meydana çıxdığı 17 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.