Məşhur idmançı Parisdəki şəraitdən narazıdır
İdmançıların Fransa paytaxtında təçkil olunan olimpiadadan narazılıqları davam edir.
Sportline.az xəbər verir ki, bu siyahıya amerikalı tennisçi Daniel Kollinz də qoşulub.
30 yaşlı idmançı sərin suyun çatışmazlığından narazılığını bildirib.
O, hiddətini "İdmançıların sağlamlığı təşkilatçılar üçün prioritet sayılmır" sözləri ilə ifadə edib.
O, AFP-yə açıqlamasında ağır oyun zamanı sərinləmək üçün içməyə su tapmadığını və buna görə az qala huşunu itirmək dərəcəsinə gəldiyini bildirib.
Qeyd edək ki, Kollinz ötən gün İqi Sventeklə 1/4 final görüşünün 3-cü setində oyunu yarımçıq dayandırmalı olub.