Məşhur klub Bakıya gəldi

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Neftçi"nin qonağı olacaq Gürcüstanın "Dinamo" (Tbilisi) klubu artıq Bakıdadır.

Sportline.az xəbər verir ki, Tbilisi təmsilçisi az öncə Azərbaycan paytaxtına gəlib. Komanda Bulvar otelində məskunlaşacaq.

Qeyd edək ki, "Neftçi" və "Dinamo" komandaları arasında cavab görüşü iyulun 14-də "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da başlanacaq. Tbilisidəki ilk oyunda "ağ-qaralar" 2:1 hesablı qələbə qazanıb.