Məşq zamanı ayağı sınıb

"Lans" komandasının futbolçusu Conatan Qradinin məşq zamanı ayağı iki yerdən sınıb.

Sportline.az verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sözügedən futbolçu 2019-cu ildən Fransa klubunda çıxış edir.

Qeyd edək ki, C.Qrandi "Lans"ın heyətində 192 matçda iştirak edib. Aktivində 2 qol, 5 asist var.