Messi 3 həftəlik sıradan çıxdı
"Atletiko"ya qarşı oyunun ikinci hissəsində zədələnə Lionel Messinin vəziyyətinə aydınlıq gəlib. SportLine.az xəbər verir ki, "Barselona" klubunun "twitter" hesabında yaydığı məlumata görə, futbolçunun zədəsi ciddidir.
Sağ ayağında ciddi zədə aşkarlanan argentinalı ulduzun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Qeyd edək ki, Messi qarşılaşmanın 59-cu dəqiqəsində meydanı tərk etməyə məcbur olub.