Messi 4-cü dəfə "Qızıl buts"a yiyələndi

"Qızıl buts" mükafatının sahibi müəyyənləşib. SportLine.az xəbər verir ki, il ərzində ən çox qol vuran Lionel Messi mükafata yiyələnib.

Barselonada təşkil olunan mərasimdə "Qızıl buts"u L.Messiyə komanda yoldaşı Luis Suarez təqdim edib.

Qeyd edək ki, argentinalı ulduz bundan öncə üç dəfə "Qızıl buts"a yiyələnmişdi.