Messi: “Baş məşqçi olmayacam”

“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, məşhur futbol jurnalisti Fabritsio Romanoya müsahibə verən Leo bu fikirləri səsləndirib;

“Futbolçu karyeramı bitirdikdən sonra baş məşqçi olmayacam. Bu mənim planlarıma daxil deyil. Ona görədə məşqçi olmaq kimi fikrim yoxdur”, deyə Lionel Messi bildirib.

Qeyd edək ki, L.Messi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 23 matçda 22 qol və 13 asistlə yadda qalıb.