Messi: “Lautaro Marinez “Qızıl top”u qazanmağa laiqdir”

“İnter Mayami” və Argentina millisinin ulduz futbolçusu Lionel Messi “Qızıl top” haqqında fikirlərini bildirib.

Sportline.az “La Gazzeta dello Sport” qəzetinə istinadən xəbər verir ki, L.Messi bu il veriləcək “Qızıl top” mükafatının sahibinin Lautaro Martinez olmasını istəyir.

“Lautaro Martinez möhtəşəm oyunçudu. Həm milli komandada həm də “İnter”in heyətində ən önəmli futbolçudu. Qol və assist statistikası yaxşıdır. O ötən mövsümü möhtəşəm keçirdi. O “Qızıl top”a hamıdan daha çox laiqdir”, - deyə L.Messi bildirib.

Qeyd edək ki, “Qızıl top”un sahibi oktyabrın 28-də bəlli olacaq.