Messi milli karyerasını başa vurdu

Argentina millisinin lideri Lionel Messi seçmə komandada karyerasını bitirib. SportLine.az xəbər verir ki, "Amerika Kuboku"nun finalında Çiliyə məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandıran futbolçu bu barədə məlumat verib. 

“Barselona”nın ulduzu görüşdən sonra bildirib ki, Argentina millisində hər şey onun üçün bitdi: “Bu, öz qərarımdır. Həmişə Argentinanın çempion olması üçün əlimdən gələni etmişəm. Amma lazım olanı bacarmadım. Anladım ki, mənim üçün deyil, bu işdə faydalı ola bilmirəm. Oynadığım 4 finaldan 3-də ardıcıl məğlub oldum. Milli komandada gələcək karyeramı görmürəm”.

Qeyd edək ki, Argentina seçməsində 80 oyun keçirən Messi 55 qola imza atıb.