Messi MLS-də daha bir rekorda imza atıb

Lionel Messi MLS-də rekordları sıralamaqdadır.

Sportline.az xəbər verir ki, "İnter Mayami"nin kapitanı bir mövsümdə ən çox "ən yaxşı futbolçu" adına layiq görülən futbolçular sırasına daxil olub.

37 yaşlı forvard "Nyu-İnqlənd Revolyuşn"la oyunda (6-2) hett-trikə imza atmaqla matçın ən yaxşısı seçilib.

Bu Messinin cari mövsümdə 6-cı anoloji uğurudur.

Argentinalı ulduz bununla Ceyson Krayusın rekordunu təkrarlayıb.