Messi Ronaldoya çatdı

Argentina millisinin və “İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi milli komandanın heyətində 10-cu het-triki rəsmləşdirib.

Sportline.az “Bleacher Report” saytına istinadən xəbər verir ki, Messi bu gün keçirilən Argentina – Bolivya matçında vurduğu 3 qolla əzəli rəqibi Ronaldonoya çatmağa nail olub.

Belə ki, Kriştiano Ronaldo milli komandaların matçlarında 10 het-trikə imza atmışdı. Messidə bu göstəricidə Ronaldoya çatıb.

Qeyd edək ki, Argentina millisi Bolivyanı 6:0 hesabı ilə məğlub edib.