Messi və Neymar rəmzi komandada

Amerika kuboku-2021-in rəmzi komandası açıqlanıb.

Sportline.az turnirin saytına istinadən xəbər verir ki, ən yaxşı 11-likdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçı: Emiliano Martines (Argentina)

Müdafiəçilər: Maurisio İsla (Çili), Kristian Romero (Argentina), Markinyos (Braziliya), Pervis Estupinyan (Kolumbiya)

Yarımmüdafiəçilər: Rodriqo De Paul (Argentina), Kazemiro (Braziliya), Yosimar Yotun (Peru)

Hücumçular: Lionel Messi (Argentina), Neymar (Braziliya), Luis Dias (Kolumbiya)

Qeyd edək ki, bu il keçirilən Amerika kubokunun qalibi Argentina olub.